Azərbaycan Ticarət Forumu haqqında

1 oktyabr tarixində Bakı şəhərində “Azərbaycan Ticarət Formu-KOBlar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda forum keçiriləcək. Formun keçirilməsinin əsas məqsədi KOBların idxal və ixracdakı vəziyyətinin müzakirə edilməsi, ixracdakı payının artırılmasına dəstək olmaq, KOBlar üçün yaradılan imkanları müzakirə etmək və onların gələcək fəaliyyətlərinə dəstək verməkdir. Forum iki əsas hissədən ibarət olacaq. Rəsmi hissə və panel müzakirə hissəsi. Forumda istehsalat, idxal, ixrac, logistika, gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, dövlət rəsmiləri iştirak edəcək. Tədbirin məqsəddlərindən biri də, yeni ticarət və investisiya imkanlarının, əməkdaşlıq perspektivlərinin müzakirəsi və Azərbaycan iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasını sürətləndirilməsinə töhvə verməkdir. Forum Paşa Holdinqin maliyyə dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının təşkilatçılığı ilə təşkil ediləcək. Forum The Ritz-Carlton otelində keçiriləcək.

Rəsmi Qonaqlar və Spikerlər

Spikerlər

Kamran Yaradanquliyev
Aparıcı
Eldəniz Əmirov
KOBİA “Regional layihələr və Monitorinq” şöbəsinin müdiri
Savaş Uzan
Azərsun Holdinq İdarə Heyətinin üzvü
Aydın Talıbov
Veysəloğlu Şirkətlər Qrupu Təsisçi və Baş icraçı direktor
Gülpəri Bayramova
Agromix Təsisçi
Cəfər Quluzadə
Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi
Hikmət Əliyev
Endless İdeas MMC Təsisçi
Vüqar Abbasov
Cahan Holdinq Təsisçi

Tədbirin Proqramı

Təşkilatçılar

Baş Sponsor

Sponsorlar

Tərəfdaşlar


CILT tərəfindən akkreditə olunmuş təlim mərkəzi

Qeydiyyat